Diyetoloq Yekaterina Quzman Krasnodar televiziya kanalına verdiyi açıqlamada bioloji aktiv qida əlavələrinin sübut olunmuş müsbət təsiri olmadığını bildirib.
Qaziler.az Rusiya KİV-nə istinadla xəbər verir ki, həkim Rusiyada qida əlavələri bazarının hazırda yüksək riskli bir sahə olduğunu qeyd edib.
“Bioloji aktiv qida əlavələri dərman deyil. Onlar müalicə etmir, çəki azaltmır, qaraciyəri təmizləmir və balanslı qidanı əvəz etmir. Ən yaxşısı sağlamlığı "detoks", "cavanlaşma" və ya "immunitet gücləndiricisi" etiketli şüşələrdə axtarmağı dayandırmaqdır”, - deyə Quzman izah edib.
O, çatışmazlıqlar aşkar edildikdə xəstələrə qida əlavələri deyil, dərmanlar təyin olunduğunu vurğulayıb. Həkim qeyd edib ki, bu cür dərmanlar bütün zəruri təhlükəsizlik testlərindən keçib.
QAZİLER.AZ



