Yaşımıza görə neçə saat yatmalıyıq?

Yaşımıza görə neçə saat yatmalıyıq? backend

Yuxu zehni və fiziki sağlamlıq üçün vacibdir. Araşdırmalarla insanların müxtəlif yaşlarda nə qədər yuxuya ehtiyacı olduğu öyrənilib.

Qaziler.az bildirir ki, Prevention.com saytına görə, ABŞ-nin Milli Yuxu Fondu optimal yuxu üçün tövsiyələrini yeniləyib. Yeni qaydalar yaşa əsaslanır. Yenidoğulmuşlar (0-3 ay) 14-17 saat, körpələr (4-11 ay) 12-15 saat, kiçik yaşlı uşaqlar (1-2 yaş) 11-14 saat, məktəbəqədər uşaqlar (3-5 yaş) 10-13 saat və məktəb yaşlı uşaqlar (6-13 yaş) 9-11 saat yatmalıdırlar.

Yeniyetmələrin (14-17 yaş) 8-10 saat, gənclərin (18-25 yaş) isə 7-9 saat yatması lazımdır. 26-64 yaş arası böyüklərin eyni miqdarda yuxuya ehtiyacı var, 65 yaşdan yuxarı olanlar isə 7-8 saat yatmalıdırlar.

QAZİLER.AZ