Qırmızı ət və yarımfabrikatların istehlakı bağırsaq xərçənginin inkişafına səbəb ola bilər.
Qaziler.az bildirir ki, Britaniyanın "The Mirror" nəşri bu təhlükəli qidaları müəyyən edib.
"Bağırsaq xərçənginin inkişaf riskini artıran bir sıra amillər məlumdur. Qidalanma bu amillərdən biri olaraq qalır, xüsusən də qırmızı ət və emal olunmuş qidaların istehlakı xəstəlik riskini artırır", - deyə hesabatda bildirilir.
Qeyd olunur ki, bu xərçəng növü Böyük Britaniyada ən çox yayılmış xəstəliklər arasında dördüncü yerdədir. Bundan əlavə, xəstəlik getdikcə gənclərdə daha çox aşkarlanır. - 1995-ci ildən bəri 55 yaşdan kiçik xəstələrin nisbəti ikiqat artıb (20 faizə qədər).
QAZİLER.AZ



