Dermatoveneroloq və kosmetoloq Anna Ubilava soyuq havada papaq taxmayanların saç tökülməsi riski altında olduğunu bildirib.
Qaziler.az xəbər verir ki, bu barədə o, RİA “Novosti”yə verdiyi açıqlamada qeyd edib. O, insanları başlarını isti saxlamağa çağırıb.
“Əvvəla, aşağı temperatur baş dərisinin qan damarlarının daralmasına səbəb olur. Saç follikulları kifayət qədər oksigen və həyati əhəmiyyətli qida maddələri almır ki, bu da onların qidalanmasına mənfi təsir göstərir. Nəticədə, saç tökülməsi arta bilər”, - deyə Ubilava izah edib.
O, güclü küləyin və nəm çatışmazlığının saçları daha kövrək edə biləcəyini qeyd edib. Həkim izah edib ki, bu təsirlərin nəticəsi papaq taxmayan şəxslərin xarici görünüşünə xələl gətirə bilər.
QAZİLER.AZ



