Avstraliya uşaqların sosial mediadan istifadəsinə qadağa qoyur

Avstraliya uşaqların sosial mediadan istifadəsinə  qadağa qoyur backend

Avstraliya hökuməti 16 yaşdan kiçik uşaqların ən populyar sosial media platformalarından istifadəsinə qadağa qoyacaq.

Qaziler.az xəbər verir ki, bu barədə “The Guardian qəzeti məlumat verib.

10 dekabrda qüvvəyə minəcək yeni qaydalara əsasən, yetkinlik yaşına çatmayanların “Facebook”, “Snapchat”, “Instagram”, “X”, “YouTube” və “TikTok”a girişinə qadağa qoyulacaq. Əksər platformalar artıq Avstraliya hakimiyyətinin qərarı ilə razılaşmadıqlarını bildiriblər.

Bu gün “Reddit” forumu və “Kick” yayım xidməti də qadağan olunmuş siyahıya əlavə edilib. Hakimiyyət orqanları siyahıya oyun platforması “Roblox” və “OpenAI”dən süni intellektlə işləyən “Sora” video generatorunu da əlavə etməyi düşünür.

Hakimiyyət orqanlarının məlumatına görə, tədbirlər uşaqların zehni və fiziki sağlamlığının qorunmasına yönəlib.

QAZİLER.AZ