Büdcənizə uyğun və çox səy göstərmədən sağlam qidalana bilərsiniz. Dietoloqlar əsas inqrediyentlərə qayıtmağı və emal olunmuş supermarket qidalarından imtina etməyi məsləhət görürlər. Pul kisənizdə daha çox pulunuz qalacaq və sağlamlığınız daha yaxşı olacaq.
Qaziler.az xarici mətbuata istinadən müntəzəm olaraq alınmalı olan üç qidanı təqdim edir.
Yumurta
Ucuz və qidalıdırlar - soyuducunuzdan heç vaxt əskik olmamalıdırlar, çünki onlarla bir çox yeməkləri tez bir zamanda hazırlaya bilərsiniz. Qayğanaqdan pancake-ə qədər tez bir zamanda qəlyanaltı və ya desert hazırlaya bilərsiniz. Bundan əlavə, yumurta əla protein mənbəyidir, tutumludur və kalori baxımından yüksəkdir.
Lobya
Hazırlanması uzun çəkdiyindən, müasir mətbəxlərdə lobyadan tez-tez çəkinirlər. Lakin çox yönlü və ucuz bir inqrediyent istəyirsinizsə, lobya çox yaxşı seçimdir. Onlar həmçinin lif və protein mənbəyidir və az yağlıdır.
Dondurulmuş tərəvəzlər
Onlar yalnız ucuz deyil, həm də tez hazırlanan yeməklər üçün sağlam bir seçimdir. Onları əminliklə ala bilərsiniz, çünki təzə tərəvəzlərlə eyni vitamin və mineralları ehtiva edirlər.
QAZİLER.AZ



