Avtomobillərdəki isidilən oturacaqlar kişilərin sağlamlığına təhlükədir

Avtomobillərdəki isidilən oturacaqlar kişilərin sağlamlığına təhlükədir backend

Uroloq Armais Kamalov xəbərdarlıq edib ki, qızdırılan oturacaqlar və ya əksinə, avtomobildə həddindən artıq soyuq oturacaqlar kişilərin reproduktiv sisteminə zərər verə bilər.

Qaziler.az xəbər verir ki, bu barədə həkim NSN-ə verdiyi açıqlamada deyib.

O bu zaman yarana biləcək nəticələrin geri dönməz ola biləcəyi barədə də vurğulayıb.

“İsti və soyuq oturacaqlar kişilər üçün eyni dərəcədə zərərlidir. Xayalıqda temperaturunun artıb-azalması müvəqqəti reproduktiv disfunksiyaya səbəb olur. Davamlı istilik isə ciddi və dönməz zədələnməyə səbəb ola bilər”, - Kamalov qeyd edib.

İsti oturacaqlar xüsusilə soyuq havada, isti oturacaqda oturduqdan sonra çölə çıxdıqda təhlükəlidir. Həkim izah edib ki, qəfil temperatur dəyişikliyi çanaq orqanlarına mənfi təsir göstərir.

QAZİLER.AZ