Şəkərsiz qazlı içkilər xərçəng riski yaradır - Kimyaçı

Şəkərsiz qazlı içkilər xərçəng riski yaradır - Kimyaçı backend

Perm Milli Tədqiqat Politexnik Universitetinin Kimya və Biotexnologiya kafedrasının elmi işçisi Anton Belkin bildirib ki, diyetik qazlı içkilərdəki aspartam insanlar üçün kanserogen tipli ola bilər.

Qaziler.az xəbər verir ki, “perm.aif.ru” saytına müsahibədə o, qeyd edib ki, dadlandırıcının böyük dozaları sağlamlığa zərərli ola bilər.

“Məsələn, 70 kq çəkidə olan bir insan üçün gündə 2800 mq-a qədər doza təhlükəsiz hesab olunur. Bu, təxminən 14-16 qab diyetik kolaya bərabərdir. Bir qabda təxminən 180-200 mq aspartam olur”, - Belkin izah edib.

Kimyaçı az miqdarda aspartamın sağlamlığa zərər verməyəcəyini vurğulayıb.

QAZİLER.AZ