Əti kartof, makaron və çörəklə yemək ziyandır

Əti kartof, makaron və çörəklə yemək ziyandır backend

Diyetoloq Viktoriya Qovoruşko kartof və ya makaronla ət yeməyin narahatlıq yarada biləcəyini söyləyib.

Qaziler.az xəbər verir ki, bu barədə o, “Radio 1”ə verdiyi açıqlamada danışıb. Bununla belə, o, ayrı yemək konsepsiyasının əsassız hesab edildiyini qeyd edib.

“Kartoflu ət, makaronlu ət və çörəkli ət tövsiyə edilmir. Və mənim təcrübəm göstərir ki, bir çox insan üçün bu, mədədə şişkinlik, narahatlıq və ağırlıq yaradır", - deyə Qovoruşko bildirib.

Diyetoloq insanları ayrı yemək konsepsiyasını təbliğ edənlərin vədlərinə etibar etməməyə çağırıb. O, orqanizmin reaksiyalarını izləməyi və ona uyğun qida kombinasiyalarını seçməyi məsləhət görüb.

QAZİLER.AZ