Həkim ən yüksək yod tərkibli qidaları sadaladı

Həkim ən yüksək yod tərkibli qidaları sadaladı backend

"Müxtəlif dəniz məhsulları, xüsusən də dəniz yosunu, gavalı və zoğalın tərkibində ən yüksək miqdarda yod var".

Qaziler.az xəbər verir ki, bunu terapevt Zarema Ten “NEWS.ru”ya verdiyi açıqlamasında bildirib.

Onun sözlərinə görə, yod çatışmazlığının qarşısını sadəcə pəhrizinizi tənzimləməklə almaq olar. O qeyd edib ki, qidanıza yodlaşdırılmış duz əlavə etmək bu elementi bərpa etməyə kömək edə bilər.

“Orqanizm üçün vacib olan yodu haradan əldə edə bilərsiniz? Xoşbəxtlikdən, onun çatışmazlığını bərpa etmək olduqca sadədir. Dəniz məhsulları yodun ən zəngin mənbələrindən biridir: dəniz yosunu, treska, tuna balığı, karides (krivetka) və midiya. Yodlaşdırılmış duz kütləvi profilaktikanın ən əlverişli və effektiv üsuludur. Onu artıq hazır olmuş yeməklərə əlavə etmək vacibdir, çünki yod qızdırıldıqda buxarlanır. Yod süd məhsullarında və yumurtada da olur, lakin bu, heyvanların yediyi qidadan asılıdır. Həmçinin bu element zoğal və gavalıda da olur”, - Ten vurğulayıb.

QAZİLER.AZ