İçinə tünd şokolad əlavə edilmiş süd qısa məsafələrə qaçış zamanı sürət və dözümlülüyü artıra, həmçinin əzələlərin bərpasını sürətləndirə bilər.
Qaziler.az xəbər verir ki, Nanyanq Texnologiya Universitetinin (Sinqapur) alimləri belə nəticəyə gəliblər. Tədqiqat “Nutrients” jurnalında dərc olunub.
Təcrübədə tünd və ya ağ şokoladla süd içdikdən sonra qısa intensiv qaçışlar həyata keçirən 20 könüllü iştirak edib. İçki içdikdən cəmi bir neçə dəqiqə sonra ikinci qrupun iştirakçıları daha yaxşı nəticələr göstəriblər. Onlar həmçinin daha aşağı yorğunluq indeksi nümayiş etdiriblər.
Tədqiqat müəlliflərinin izahına görə, müsbət təsir kakaonun tərkibində olan flavonoidlər - təbii antioksidantlarla bağlıdır. Bu birləşmələr qan damarlarını genişləndirir və əzələlərə oksigenin çatdırılmasını yaxşılaşdırır, bu da gücü daha uzun müddət saxlamağa və yorğunluğun azaltmasına kömək edir. Antioksidantlar həmçinin oksidləşdirici stressi azaldır – bu, aqressiv oksigen növlərinin bədəndə yığılmasıdır. Hansı ki, bu molekullar hüceyrələri zədələyir və bərpa prosesini yavaşlatır.
Tədqiqatçıların fikrincə, şəkər və bioaktiv maddələrin birləşməsi fiziki məşqdən sonra enerjiyə bərpaedici təsir göstərir. Onların sözlərinə görə, hətta bir faizlik irəliləyiş belə peşəkar idmançılar üçün əhəmiyyətli ola bilər. Üstəlik, süni enerji içkilərindən fərqli olaraq, tünd şokoladlı süddə aqressiv stimullaşdırıcılar yoxdur.
QAZİLER.AZ