Dəfələrlə eyni yuxunu görəndə nə etmək lazımdır?

Dəfələrlə eyni yuxunu görəndə nə etmək lazımdır? backend

Eyni yuxunun hər gecə və ya bir neçə gecə ard-arda təkrarlanması çox yayılıb. Bunun xüsusi adı var - təkrarlanan yuxular,

 Qaziler.az bildirir ki, bu barədə Zakon.kz xəbər verir.

Psixoloq Anna Voir qeyd edir ki, bu, kömək çağırışıdır.

"Əgər siz daim eyni şeyi - müəyyən bir süjet, görüntü və ya situasiyanı görürsüinizsə, bu, beyninizin sözün əsl mənasında sizə SOS siqnalı göndərməsidir. O, vacib, reallıqda inadla gözardı etdiyiniz problemi çatdırmağa çalışır və ya həll edilməli olan daxili münaqişəyə işarə edir", - Anna Voir deyib.

Mütəxəssis sizə o yuxunun "nə demək istədiyi"ni başa düşməyi və anlamağı məsləhət görür.

Daha sonra o, bunun necə ediləcəyinə dair bir neçə sadə, lakin təsirli işlək layfxak deyir.

1.Yuxudan oyanan kimi onu yazın. Mümkün qədər tez, başınızdan "uçub getməmiş". Hər şeyi yazın: süjeti, xırda detalları, yuxunuzda kimin olduğunu, nə etdiklərini, necə hiss etdiklərini. Tam cəfəngiyat kimi görünsə belə.

2.Assosiasiyalar idarə edir. Yuxunu təhlil edərkən özünüzdən soruşun: "Bu şəxsən mənim üə oxşayır?" Bu assosiasiyalar sizə reallıqda nələrə diqqət yetirməli olduğunuzu söyləyəcək.

3.Sizin "burada və indi" konteksti. Eyni yuxu gördüyünüz o günlərdə sizi nə narahat edir? Hansı həll yollarını axtarırsınız? Sevdiklərinizlə münasibətləriniz necədir? Özünüzü necə hiss edirsiniz? Təkrarlanan yuxularınızı yaxın vaxtlarda ətrafınızda baş verən hadisələrlə əlaqələndirin və cavab görünəcək.

4."Qəribəliklər" axtarın. Beyin  yuxularda hadisələri şişirdir və ya təhrif edir. Əgər reallıqda güclü və müstəqilsinizsə, ancaq yuxuda özünüzü aciz pişik balası kimi hiss edirsinizsə, bu, gizli qorxu və ya zəiflikləri nəzərdən keçirmək üçün bir səbəbdir.

5.Mütəxəssisə müraciət edin. Əgər obsessiv yuxular narahat edirsə, çox tez-tez təkrarlanırsa və ya sadəcə özünüz önun öhdəsindən gələ bilməyəcəyinizi hiss edirsinizsə, psixoloqa müraciət edin. O, sizə “bu yuxunun nə demək olduğunu” söyləməyəcək, ancaq o, sizə simvolların şəxsi dilinizi deşifrə etməyə, şüuraltınızda nələr baş verdiyini anlamağa və artıq sizdə formalaşmış cavabları tapmağa kömək edəcək.

Voir beynin sadəcə məntiq və faktlar olmadığını vurğulayır. Bu, geniş, öyrənilməmiş bir dünyadır.

"Ora baxmaqdan qorxmayın. Ondan özünü tanımaq və həyatınızda real problemlərin həlli üçün güclü bir vasitə kimi istifadə edin", - Voir deyib.

QAZİLER.AZ