İmmuniteti gücləndirmək və qorumaq üçün uşaq kontrastlı duş qəbul etməli, həmçinin adekvat istirahət etməli və qidalanmalıdır.
Qaziler.az xəbər verir ki, bunu pediatr Yelena Dereza “Krasnodar” telekanalına deyib. O bildirib ki, bununla yanaşı təmiz havada müntəzəm gəzinti də vacibdir.
"Uşağınızı sərin su ilə yuyunmağa və kontrastlı duş (bədəndə isti və soyuğun növbələşdiyi, qan dövranını aktivləşdirən, maddələr mübadiləsini stimullaşdıran, immun sistemini gücləndirən prosedur) qəbul etməyə təşviq edin. Uşaqlar böyüklərdən daha sürətli metabolizmə malikdirlər və çox isti olurlar. Buna görə də, körpənizi isti bir otaqda saxlamayın. Onlar asanlıqla istilənir. Bu da onların immun sistemini zəiflədir və infeksiyalara qarşı daha həssas edir”, - Dereza xəbərdarlıq edib.
Uşağınızın qidalanma rasionuna toyuq, hinduşka və yumurta kimi kifayət qədər protein əlavə edilməlidir. Menyunu planlaşdırarkən turşu kələm, bolqar bibəri, itburnu, alma kimi C vitamini ilə zəngin qidaları da unutmayıb. Mütəxəssis əlavə edib ki, payızda uşaqların qatıq, kefir, qoz-fındıq, qarabaşaq yarması, tam taxıllı çörək istehlak etməsi vacibdir.
QAZİLER.AZ