"Çupa Çups"un uşaqlara zərəri ilə bağlı xoşagəlməz həqiqət

"Çupa Çups"un uşaqlara zərəri ilə bağlı  xoşagəlməz həqiqət backend

“Çupa-çups” uşaqlarda dişlərin çürüməsinə, şəkərli diabetə və allergik reaksiyalara səbəb olur.

Qaziler.az xəbər verir ki, bu fikirləri allerqoloq və immunoloq Nataliya Popova “NEWS.ru”ya açıqlamasında deyib.

Onun sözlərinə görə, məşhur şirniyyatın tərkibində çoxlu miqdarda şəkər və boyalar var.

“Çupa-çupsun tərkibində çoxlu şəkər və boyalar var. Şəkər dişlərin çürüməsinə kariyesin yaranmasına səbəb olur və diabet riskini artırır. Tərkibindəki rəngləndiricilər uşaqlarda allergik reaksiyalara və qıcıqlanmaya səbəb ola bilər. Şirniyyatın müntəzəm istifadəsi çəki problemi riskini də artırır. Sağlam alternativlərə evdə hazırlanmış meyvə və ya meyvə çubuqları, həmçinin şəkər və ya rəng qatılmayan təbii meyvə lolipopları ola bilər”, - Popova izah edib.

QAZİLER.AZ