İmmuniteti təkcə vitaminlərlə bərpa etmək mümkün deyil

İmmuniteti təkcə vitaminlərlə bərpa etmək mümkün deyil backend

Allerqoloq Yuliya Şubina bildirib ki, immuniteti bərpa etmək üçün təkcə vitaminlər kifayət deyil.

Qaziler.az xəbər verir ki, bu barədə o, “Zdorovye Mail”ə müsahibəsində deyib.

O qeyd edib ki, sağlamlığın yaxşılaşdırılması kompleks yanaşma tələb edir. İlk növbədə, zəifləmiş immunitet sisteminin əsas səbəbini müəyyən etmək və aradan qaldırmaq lazımdır.

Şubina xəbərdarlıq edib ki, təkcə vitamin və mineral çatışmazlığı deyil, həm də xroniki stress və virus infeksiyaları orqanizmin müdafiəsini zəiflədə bilər. O vurğulayıb ki, məyyən dərmanların qəbulu və diabet kimi xroniki xəstəliklərin inkişafı da immunitet sistemini zəiflədir.

“İmmun sisteminin effektiv bərpası üçün təkcə əsas səbəbi aradan qaldırmaq deyil.  Kompleks yanaşma balanslaşdırılmış və yüksək keyfiyyətli qidalanma, fiziki fəaliyyət, kifayət qədər yuxu və pis vərdişlərdən imtina tələb edir. Həddindən artıq qızdırma və soyuqdəymədən qaçınmaq, həmçinin xəstəliklərin vaxtında müalicə edilməsi də çox vacibdir”, - deyə həkim vurğulayıb.

QAZİLER.AZ