Yaşıl çay döş xərçəngini dayandıra bilər

Yaşıl çay döş xərçəngini dayandıra bilər backend

Tərkibində bitki piqmenti və polifenol E adlı antioksidant olan yaşıl çay ekstraktı təkcə xərçəng hüceyrələrinin böyüməsini deyil, həm də onların miqrasiyasını və sağlam toxumaları "işğal etmə" qabiliyyətini maneə törədə bilər.

Qaziler.az bildirir ki, bu barədə upi.com saytı xəbər verir.

Bu kəşf barədə həmkarları ilə müvafiq araşdırma aparan Nyu-Yorkdakı Kolumbiya Universitetinin Tibb Mərkəzindən doktor Ketrin Kryu məlumat verib.

Araşdırmada hormon-mənfi döş xərçəngi adlandırılan xəstəliyin daşıyıcısı olan 40 qadın iştirak edib.

Bəzi qadınlar tərkibində polifenol E olan bir dərman, digərləri isə plasebo (dərman əvəzinə təhlükəsiz, neytral preparat) qəbul ediblər.

Məlum olduğu kimi, süd vəzi xərçəngindən əziyyət çəkən qadınlarda hepatosit artım faktorunun səviyyəsi xərçəng şişinin yayılmasını göstərən ən mühüm göstəricidir.

Preparatın qəbulundan cəmi iki ay ərzində bu göstərici əhəmiyyətli dərəcədə yaxşılaşıb.

QAZİLER.AZ