Niyə amerikalıların xərçəngdən sağalma şansları çoxdur? - Myasnikovun İZAHI

Niyə amerikalıların xərçəngdən sağalma şansları çoxdur? - Myasnikovun İZAHI backend

Həkim və teleaparıcı Aleksandr Myasnikov bildirib ki, amerikalı həkimlər xərçəng xəstələrinə dərhal bir neçə müalicə metodu seçimi təklif edirlər, hansı ki, Rusiyada insanlar bu kimi yeni müalicə üsullarını ağızdan-ağıza öyrənirlər.

Qaziler.az bildirir ki, bu haqda o, Rusiya və ABŞ-də analoji xəstəliklərin müalicəsinə yanaşmalara dair "Rossiya 1" telekanalında yayımlanan və döş xərçəngindən sağalan xəstələrin iştirak etdiyi verilişdə danışıb. Xəstələrdən biri qeyd edib ki, yaxın dostu ona sitokin gen terapiyası haqqında danışıb.

"Amerika təcrübəsinə qayıdaq. Orada həkimlər hələ [təsdiqlənməmiş] bu üsulları təklif edirlər, məsələn, kimyaterapiya və şüa terapiyası... və siz onları nəzərdən keçirə bilərsiniz. Başqa sözlə, həkimlər dərhal bir sıra [xərçəng müalicəsi üsulları] təklif edirlər. Amma bizdə isə müalicə üsulları ağızdan-ağıza, şifahi ötürülür. Əlbəttə, bu müalicə üsulları işləyir, amma, görün nə qədər insan geridə qalır, elə deyilmi?”, - həkim məsələyə fikrini bildirib.

QAZİLER.AZ