"Düzgün dişləməmək tez-tez soyuqdəyməyə səbəb ola bilər".
Qaziler.az bildirir ki, bunu ortodont Viktoriya Radko “Çempionat”a açıqlamasında deyib.
Həkim qeyd edib ki, belə bir qüsurla insan burun əvəzinə ağızdan nəfəs almağa məcbur olur. Bu isə infeksiyanın tənəffüs yollarına daxil olma riskini artırır.
“Ağızdan nəfəs alma havanın adekvat süzülməsini və nəmləndirilməsini təmin etmir. Nəticədə, yoluxucu infeksiyalar tənəffüs yollarına daha asan nüfuz edir və iltihabi prosesləri təhrik edir”, - deyə Radko izah edib.
O izahında aydınlaşdırıb ki, açıq və çarpaz dişləmələr, həmçinin çənənin daralması ən çox rast gəlinən haldır. Əgər tez-tez soyuqdəymə ilə qarşılaşırsınızsa, həkim terapevt və otolarinqoloqa baş çəkməyi tövsiyə edib.
QAZİLER.AZ