Nevroloq insultun gözlənilməz əlamətini açıqladı

Nevroloq insultun gözlənilməz əlamətini açıqladı backend

"İnsult zamanı qulaqlarda qəfil səs-küy və ya vızıltı yarana bilər".

Qaziler.az xəbər verir ki, bunu nevroloq Dmitri Xutorov “Gazeta.Ru”ya açıqlamasında bildirib.

Beyində kəskin qan dövranı pozulmaları da qulağın birində tam eşitmə itkisinə səbəb ola bilər, deyə həkim xəbərdarlıq edib.

“Əgər qulaqda səs-küy qəflətən yaranıbsa, baş ağrısı və ya digər qəfil nevroloji simptomlarla müşayiət olunursa və pulsasiya edirsə, bu narahatlıq doğurur, xüsusən də qulağın birində eşitmə tamamilə itibsə”, - Xutorov qeyd edib.

Onun sözlərinə görə, qəfil şiddətli baş ağrıları, görmə problemləri, göz bəbəyinin qeyri-bərabərliyi də narahatlıq doğurmalıdır. Digər xəbərdarlıq əlamətlərinə qəfil başgicəllənmə və qeyri-sabitlik daxildir.

QAZİLER.AZ