"Xarici görünüşdən narazılıq karyeraya mənfi təsir göstərə bilər".
Qaziler.az bildirir ki, bunu plastik cərrah Tanya Aleksandra “NEWS.ru”ya bildirib.
Onun sözlərinə görə, özündən narazı olan bir çox insanlar tez-tez öz potensiallarını tam reallaşdırmağa mane olan komplekslər yaşayırlar. Mütəxəssis əlavə edib ki, plastik cərrahiyyə bəzən onların iş mühitində daha rahat və inamlı hiss etmələrinə kömək edə bilər.
“Plastik cərrahiyyə əməliyyatına müraciət edən bir çox insan öz görünüşündən və ya bədən quruluşundan narazılıqla əlaqədar özünə hörmətdən əziyyət çəkir. Şəkil çəkdirməkdən qaçırlar, sosial əlaqələri məhdudlaşdırırlar və ictimai çıxışdan qorxurlar. Belə hallarda plastik cərrahiyyə psixoloji bərpa yolunda mühüm addım olur. Görünüşlə bağlı kompleksləri aradan qaldırmaq, insanlara özünü daha inamlı və rahat hiss etməyə imkan verir, özünə hörmətini artırır”, - estetik cərrah bildirib.
O qeyd edib ki, bir çox insanlar plastik cərrahiyyə əməliyyatından sonra sosial həyatında daha inamlı olur və karyeralarını daha aktiv şəkildə davam etdirirlər.
QAZİLER.AZ