Müntəzəm olaraq üzüm yemək həm qısamüddətli, həm də uzunmüddətli sağlamlıq faydaları təmin edir.
Qaziler.az “Parade” nəşrinə istinadla bildirir ki, üzümün bəzi faydaları onu qidamıza daxil etdikdən dərhal sonra nəzərə çarpır. Bunlar hansılardır?
1. Bədənin su balanısını qorumuş olacaqsınız. Çünki üzümün əsası sudur və tərkibində kalium kimi elektrolitlər var.
2. Həzminiz yaxşılaşacaq. Üzüm yaxşı həll olunan (suda həll olan, həzmi yavaşladan və faydalı bağırsaq bakteriyalarının böyüməsini təşviq edən gelə bənzər bir maddə əmələ gətirir) və həll olunmayan lif (suda həll olunmayan və nəcisə kütlə əlavə edən) qaynağıdır. Bu, həzm sistemi vasitəsilə üzüm qidanın hərəkətinə kömək edən yüksək su tərkibi ilə yanaşı, şişkinlik və qəbizliyin qarşısını alır.
3. Qan şəkəriniz daha stabil olacaq. Belə ki, üzüm tərkibindəki lif sayəsində qanda şəkərin kəskin artmasına səbəb olmur. Qan şəkərinin sabit səviyyəsi ani enerji sıçrayışlarının qarşısını almağa və əhval-ruhiyyəni yaxşılaşdırmağa kömək edir.
Əgər uzun müddət müntəzəm olaraq üzüm yeməyə davam etsəniz, bədəninizdə daha bir neçə faydalı dəyişiklik yaşayacaqsınız.
4. Orqanizmdəki iltihab azalacaq. Üzümdə bir neçə növ flavonoid və xroniki iltihabın qarşısını almağa kömək edən antioksidanlar var.
5. Davamlı üzüm yemək ürək-damar sağlamlığınızı yaxşılaşdıracaq. Bunun əsas səbəbi güclü flavonoidlərdir. Bu flavonoidlər bədəndəki iltihabı azaltmağa kömək edir və bu da ürək-damar xəstəlikləri riskini azaldır.
6. Xəstələnmə ehtimalınız azdır. Çünki üzüm yemək immuniteti gücləndirir. Sitrus meyvələri kimi üzümdə də immun sistemi üçün faydalı olan C vitamini var.
7. Beyin sağlamlığını dəstəkləyir. Orqanizmdə azaldılmış iltihab Alzheimer və Parkinson kimi neyrodegenerativ xəstəliklərin riskinin qarşısının alınması deməkdir.
O zaman ortaya həm də maraqlı bir sual çıxır: yaşıl və ya qırmızı üzüm?
Diyetoloqlar hər ikisinin sağlamlıq faydalarının faktiki olaraq eyni olduğunu iddia edir. Lakin qırmızı üzümün yaşıl üzümdən üstün cəhətlərindən biri onun tərkibində ürək sağlamlığı üçün xüsusilə faydalı olan antioksidant resveratrolun daha çox olmasıdır.
QAZİLER.AZ