İnfarktdan bir neçə il əvvəl sağlamlıqda üzə çıxan xəbərdarlıq

İnfarktdan bir neçə il əvvəl sağlamlıqda üzə çıxan xəbərdarlıq backend

Britaniyanın “Daily Mail” nəşri doqquz milyondan çox insanın iştirak etdiyi geniş miqyaslı araşdırmaya istinadla bildirir ki, infarkt və ya insult keçirmiş 10 xəstədən 9-da hadisədən bir neçə il əvvəl narahatedici xəbərdarlıq simptomu - yüksək qan təzyiqi nümayiş etdirib.

Tədqiqata görə, qan şəkəri və ya xolesterol səviyyəsinin yüksəlməsi və siqaret də əsas faktorlardır.

Hipertoniya olaraq da bilinən yüksək qan təzyiqi ən çox görülən səbəb olub və hər on iştirakçıdan doqquzunda baş verdiyi müəyyən edilib. Risk faktorlarına həmçinin yüksək qan şəkəri, yüksək xolesterin və tütün istifadəsi daxildir.

QAZİLER.AZ