Gənclərdə sonsuzluğun əsas riskləri açıqlanıb

Gənclərdə sonsuzluğun əsas riskləri açıqlanıb backend

“Oturaq həyat tərzi, stress və qeyri-kafi qidalanma gənclərdə sonsuzluq riskini artırır”.

Qaziler.az bildirir ki, bu barədə “360.ru” saytına reproduktiv sağlamlıq üzrə mütəxəssis Pavel Bazanov danışıb.

O qeyd edib ki, ÜST-ün məlumatlarına əsasən, son illər spermanın keyfiyyət standartları durmadan aşağı düşür.

“Böyük şəhərlərdə yaşamağın mənfi amilləri etibarlı şəkildə sübut edilmişdir: fiziki hərəkətsizlik, əhəmiyyətli stress və pis qidalanma”, - Bazanov vurğulayıb.

Reproduktiv sağlamlığı yaxşılaşdırmaq üçün həkim həftədə iki və ya üç dəfə məşq etməyi tövsiyə edib. O, həmçinin sağlam və normal qidalanmağa çağırıb.

QAZİLER.AZ