Qoxuların köməyi ilə arıqlamaq mümkündür

Qoxuların köməyi ilə arıqlamaq mümkündür backend

Həkimlər qadınlara arıqlamağa kömək etmək üçün hər cür mürəkkəb üsullara müraciət edirlər. Daha az yemək və ciddi pəhrizə riayət etmək nəticə vermirsə, diyetoloqlar daha yumşaq aromaterapiya üsullarını sınamağı təklif edirlər.

Qaziler.az xarici mətbuata istinadən dietoloqların bu üsulları ilə bağlı məlumatları təqdim edir:

Məlum olub ki, müəyyən qoxular sizi daha az yeməyə vadar edə bilər: yaşıl alma, vanil və darçın qoxuları iştahı yatırıcı xüsusiyyətlərə malikdir. Yeməkdən əvvəl və yemək zamanı bu ətirləri içinə çəkən insanlar adi haldan az yeyirlər.

Dietoloqlar nahar və günorta qəlyanaltılarını atlamamağı, axşam isə “ətirli qidalanma”ya keçməyi məsləhət görürlər. Bunun elmi izahı var: axşama qədər rasional zehnimiz "sakitləşir", yalnız emosional zehnimiz "fəaliyyətdədir". Özündən asılı olmayaraq, axşam saatlarında çox yemək çox asandır. Beynin emosional hissələrinə birbaşa təsir edən qoxular iştahı yatırır.

Axşam saatlarında şirin bir şeyə can atırsınızsa, vanil və ya darçın qoxulamağa cəhd edin. Dietoloqlar asılılığın qarşısını almaq üçün qoxuları dəyişdirməyi məsləhət görürlər.

QAZİLER.AZ