Bəzi diyetlərə əməl edən gənclərin qidalarındakı dəmir çatışmazlığı onlarda anemiya hallarının artmasına səbəb olur.
Qaziler.az xəbər verir ki, bu haqda həkim Anastasiya Yakimova danışıb. “Podmoskovye Seqodnya” internet nəşrinin yazdığına görə, dəmir oksigeni daşıyan zülalın - hemoglobinin əmələ gəlməsi üçün lazımdır.
“Gənclərin orqanizmi aktiv böyümə, zehni və fiziki gərginlik səbəbindən dəmir qəbulunun artırılmasını tələb edir. Bu zaman onların qidalarında tez-tez heyvan mənşəli məhsullar olmur”, - mütəxəssis izah edib.
QAZİLER.AZ