ABŞ uşaqlarda autizmin mümkün səbəbini açıqlamağı planlaşdırır

ABŞ uşaqlarda autizmin mümkün səbəbini açıqlamağı planlaşdırır backend

ABŞ hakimiyyəti sentyabrın 22-də hamilə qadınlara parasetamol (asetaminofen) qəbulunun təhlükələri barədə rəsmi xəbərdarlıq etməyi planlaşdırır. Qadınlara bunun əvəzinə az tanınan “Leykoverin” dərmanını qəbul etmək tövsiyə oluna bilər.

Qaziler.az xəbər verir ki, bu haqda “The Washington Post” öz mənbələrinə istinadən yazır.

Qərar hamiləlik zamanı dərmandan istifadə zamanı uşaqlarda autizm spektrinin pozulma riskini göstərən yeni araşdırmaya əsaslanır. ABŞ prezidenti Donald Tramp da mühafizəkar fəal Çarli Kirkin anım mərasimi zamanı bu məsələyə toxunub. O, təfərrüatlar barədə danışmasa da, qərarı açıqlayıb.

"Düşünürəm ki, siz bunu heyrətamiz adlandıracaqsınız. Mənə elə gəlir ki, biz autizm probleminin həllini tapmışıq”, - CNN onun sözlərindən sitat gətirib.

QAZİLER.AZ