“Nutrition Reviews” jurnalında dərc edilən araşdırmaya görə, D2 vitamin əlavələrinin qəbulu bədəndəki D3 səviyyələrinə mənfi təsir göstərə bilər.
Qeyd olunur ki, D3 vitamini insanların günəş işığından aldığı ilkin formadır.
D3 vitamin çatışmazlığını doldurmaq, sümükləri və immun sistemini gücləndirməkdə bu qrupdakı digər vitaminlərdən daha yaxşıdır. Bununla belə, Surrey Universiteti, Con İnnes Mərkəzi və Quadram Həyat Elmləri İnstitutunun alimləri müəyyən ediblər ki, D2 əlavəsi bədəndə D3 səviyyəsini aşağı salır.
Buna görə də, D2 qəbulu nəinki D3 çatışmazlığını doldura bilmir, həm də tədqiqata əsasən, immun funksiyası və orqanizmin virus və bakteriyalarla mübarizəsi üçün vacib olan bu vitaminin optimal səviyyəsinin saxlanmasına mane olur.
QAZİLER.AZ