Yenilik hissi insana ömrünü uzatmağa imkan verir.
Qaziler.az xəbər verir ki, bunu psixoloq Mixail Xors deyib. Onun fikrincə, yeni təəssüratlar və onlara açıqlıq beyni məşq etdirir və psixikanın plastikliyini artırır.
“Əgər "zəka" sözünün tərifini açsanız, onun tərkib hissələrindən biri xarici dəyişikliklərə uyğunlaşmaq qabiliyyəti olacaqdır. Yəni yeni şeylərə açıq olan və dəyişmək qabiliyyətini məşq edən insan xarici dəyişikliklərə görə daha az stress keçirəcək, çünki o, bunlara hazırdır”, - deyə Xors izah edib.
Psixoloq onu da qeyd edib ki, yeni təəssüratlar zamanın ləngiməsi effektini yaradır. Əksinə, yeniliyin olmaması isə qavrayışı pozur, günlər daha qısa görünür, psixika isə qəfil dəyişikliklərə daha həssas olur.
QAZİLER.AZ