Payızda istilik cihazlarının işləməsi havanın rütubətini azaldır, bu da bədəndən nəmin görünməz buxarlanmasına səbəb olur və susuzlaşdırma riskini artırır.
Qaziler.az xəbər verir ki, bu fikirləri diyetoloq Andrey Bobrovski səsləndirib. Onun “Radio 1” verdiyi məlumata görə, ilin istənilən vaxtında orqanizmə müntəzəm olaraq su təchizatı lazımdır: həm yayda, həm də payızda.
“Böyüklər üçün bu, gündə bədən çəkisinin hər kiloqramı üçün 30-35 mililitr sudur”, - deyə Bobrovski vurğulayıb.
QAZİLER.AZ