Piylənmə "epidemiyası"a səbəb olan əsas faktor açıqlanıb

Piylənmə "epidemiyası"a səbəb olan əsas faktor açıqlanıb backend

Qlobal istiləşmə piylənmə hallarının artmasına təkan verə bilər.

Qaziler.az xəbər verir ki, bunu “Nature Climate Change” (NCC) jurnalında dərc olunan araşdırma göstərib. Alimlər müəyyən ediblər ki, isti günlərdə insanlar daha çox şirin içkilər, şirələr və dondurmalara üstünlük verirlər ki, bu da şəkər istehlakını artırır.

Alimlər 2017-2018-ci illər üçün Amerika supermarketlərində istehlakçı tələbatını təhlil ediblər. Nəticələr göstərdi ki, əlavə edilmiş şəkər istehlakı 10 °C və ya 12 °C-dən aşağı temperaturda bir qədər artıb. Bununla belə, 12-30 °C aralığında hər əlavə dərəcə gündə 0,7 q artıq şəkərin qidalanmaya daxil edilməsinə səbəb olub.

Sağlam qidalara çıxışı məhdud olan aşağı gəlirli insanlar bu təsirə xüsusilə həssasdırlar. Tədqiqatçıların fikrincə, iqlim dəyişikliyinin “ən pis ssenarisi” altında əsrin sonuna qədər ən həssas qruplarda gündəlik şəkər istehlakı beş qram arta bilər. Bu, piylənmə, diabet və ürək-damar xəstəlikləri riskini əhəmiyyətli dərəcədə artıracaq.

Tədqiqatın müəllifləri xəbərdarlıq edirlər ki, artan temperatur sağlamlıq sistemlərini daha da gərginləşdirəcək, çünki şəkər artıq qlobal piylənmənin əsas faktorudur.

QAZİLER.AZ