Braziliyada tibb bacısı Halayne Rodriqes de Souza Avila altı dəfə xərçəngə qalib gəldikdən sonra ana olub.
Qaziler.az xəbər verir ki, bu haqda “Metropoles” məlumat yayıb. O, oğlunun dünyaya gəlişinin həyatında ən təsirli an olduğunu etiraf edib.
Xəstəliyin ilk simptomları hələ 2001-ci ildə ortaya çıxıb. Sonra Avila qarın ağrısından şikayətlənib və ilk başda bunu qastritlə səhv salıb. Tibbi müayinə zamanı yumurtalığında şiş aşkarlanıb. Qadın uşaqlıq borularını çıxartmalı olub. Müalicədən sonra remissiyaya keçib.
İki ildən sonra xərçəng geri qayıdıb, lakin bu dəfə tibb bacısı xəstəliyə qalib gələ bilib. Ümumilikdə, o, altı residiv keçirib, sonuncusu 2024-cü ildə baş tutub. Qadın hazırda terapiyanı davam etdirir və yenidən normal həyata qayıtmağa ümid edir.
Qoyulan diaqnozlara baxmayaraq, Avila bütün bu müddət ərzində uşaq arzusunda olub. İki il əvvəl onun arzusu gerçəkləşib. Belə ki, surroqat ana sayəsində oğlu dünyaya gəlib.
QAZİLER.AZ