Çox şəkər yediyimizi necə müəyyən edə bilərik? – 7 ƏLAMƏT

Çox şəkər yediyimizi necə müəyyən edə bilərik? –  7 ƏLAMƏT backend

Bugünkü gündə bir çox yeməklərin dadını yaxşılaşdırmaq üçün tərkibinə şəkər əlavə edilir. Lakin onun qidanızda çox olması sağlamlığınıza zərər verə bilər.

Qaziler.az xəbər verir ki, bu barədə “Parade” yazır.

"Amerika Sağlamlıq Dərnəyi kişilər üçün gündə maksimum doqquz çay qaşığı, qadınlar üçün isə altı çay qaşığı, uşaqlar üçün isə bunun yüzdə 10 faizini tövsiyə edir. Bu, çətin məsələdir, çünki insanlar əksəriyyəti şəkəri diqqət etmədən yeyir və miqdarına fikir vermir", - deyə diyetoloq Kim Şapira bildirib.

Belə ki, qidanızda həddindən artıq şəkərin ən ümumi və aşkar əlamətləri çəki artımı, qarında piylənmə, kariyes və yorğunluqdur. Nəşr yazır ki, yorğunluqla mübariz aparmaq xüsusilə çətindir, çünki insan yorğun olanda enerji toplamaq üçün daha çox şirin nəsə qəbul etməyə can atır. Bu da öz növbəsində bütün digər simptomları daha da gücləndirir.

Orqanizmdə şəkərin artıq olduğunu göstərən 7 əlamət bunlardır:

1 – Susuzluq hissi;

2 – Həddindən artıq köpün olması;

3 – şişkinlik;

4 – Hər nə qədər düzgün qulluq edilmsinə baxmayaraq, dərinin solğunlaşması;

5 – Səbəbsiz yerə hər şeydən qıcıqlanmaq;

6 – Diqqəti cəlb edə bilməmək;

7 – Şirniyyata olan qarşısıalınmaz həvəs;

QAZİLER.AZ