Gel-lakdan istifadə olunmaqla edilən manikür sonsuzluğa səbəb olmur.
Qaziler.az bildirir ki, bunu reproduktiv sağlamlıq üzrə mütəxəssis Kristina Prişvina “Passion” saytına müsahibəsində deyib.
Onun sözlərinə görə, mənfi təsirlər bir insanın normal prosedurlar zamanı qarşılaşdığı dozalardan fərqli olaraq, nədənsə böyük dozada istifadə etməsindən sonra müşahidə olunur.
“Hazırda gel lakının normal şəraitdə, ayda bir və ya iki dəfə istifadəsinin sonsuzluğa səbəb ola biləcəyini təsdiqləyən etibarlı klinik məlumat yoxdur”, - Prişvina bildirib.
QAZİLER.AZ