Gündə bir alma yemək infarkt riskini 40% azaldır - ARAŞDIRMA

Gündə bir alma yemək infarkt riskini 40% azaldır - ARAŞDIRMA backend

Oksford Universitetinin alimlərinin araşdırması göstərib ki, gündə bir alma yeyən insanların infarkt riski 40% azalır.

Qaziler.az-ın məlumatına görə, "Daily Mail" qeyd edir ki, tədqiqatın ümumi nəticəsinə görə, hər gün 150 qram meyvə yeyən insanların infarkt keçirmə ehtimalı yarıya qədərdir, Daily Mail qeyd edir.

Tədqiqatçılar yeddi il ərzində 500.000 çinlinin sağlamlığını izlədikləri eksperiment aparıblar. Kardioloq Huaydun Du deyir: "Məlumatlarımız açıq şəkildə göstərir ki, təzə meyvə yeyənlərin ürək-damar xəstəlikləri riski daha azdır".

Meyvə və tərəvəz yemək, tərkibindəki antioksidantlar sayəsində ürəyə kömək edir, orqanizmdə baş verən zərərli kimyəvi proseslərlə mübarizə aparır.

Təcrübə iştirakçılarının 18%-i hər gün meyvə yeyib, 6,3%-i isə heç yeməyib. Meyvə yeyənlərin infarkt riski 25-40% azalıb.

QAZİLER.AZ