Hamilə qadınlar göbələk yeməməlidir - Həkimdən xəbərdarlıq

Hamilə qadınlar göbələk yeməməlidir - Həkimdən xəbərdarlıq backend

Hamilə qadınlar zəhərlənmə riskinə görə göbələkdən uzaq durmalıdır.

Qaziler.az xəbər verir ki, bunu Rusiya Səhiyyə Nazirliyinin V. İ. Şumakov adına Milli Tibbi Tədqiqat Transplantologiya və Süni Orqanlar Mərkəzinin terapevti Darya Umrik “NEWS.ru”ya bildirib. Onun sözlərinə görə, bu məhsul çətin həzm olunur, ona görə də hamiləlik və süd verən zaman ondan çəkinmək daha yaxşıdır.

“Göbələklər çətin həzm olunan məhsuldur, buna görə də onlar terapevtik qidalanmada, hamiləlik və laktasiya dövründə qadınlar üçün xüsusi qidalanmada istifadə edilmir”, - Umrik bildirib.

Həkim vurğulayıb ki, əgər göbələk yemək istəyirsinizsə, sənaye istehsalı olan göbələklərə üstünlük verməlisiniz. Çünki onların seçilməsi və emalı prosesi nəarətdə olur.

“Mədə-bağırsaq xəstəlikləri və toksikoz halında, göbələklər istisna edilməlidir. Onları zülal və digər faydalı maddələrlə zəngin asan həzm olunan məhsullarla əvəz etmək daha yaxşıdır, - deyə Umrik fikirlərini yekunlaşdırıb.

QAZİLER.AZ