“Turşu və yüksək duz tərkibli qidalar qan təzyiqini sürətlə qaldırmağaa kömək edir”.
Qaziler.az xəbər verir ki, bunu terapevt Polina Orlova “FederalPress”ə müsahibəsində bildirib.Onun sözlərinə görə, bunun sirri duzun suyu bədəndə saxlamasıdır.
“Xiyar, balıq, hətta duzlu günəbaxan tumları - duz ilə hazırlanan hər şey qan təzyiqini qaldırmağa kömək edəcəkdir. Məsələ burasındadır ki, onun köməyi ilə su bədəndə saxlanılır. Bu da qan təzyiqini artırmağın təbii yoludur”, - Orlova bildirib.
Soyuq su qan dövranını stimullaşdırdığı üçün kontrastlı duşun da (bədənin soyuq və isti su ilə yuyulması) bu məsələdə uyğun olduğu vurğulayıb. Həkimin sözlərinə görə, digər effektiv üsul ürək döyüntüsünü artıran aerobik məşqlərdir.
“Yoqa məşqi olan üzü aşağı hərəkət faydalıdır. Məşqin məqsədi başa qan axınını təhrik etməkdir. Bu məşqi uzanaraq da edə bilərsiniz”, - Orlova əlavə edib.
QAZİLER.AZ