Diş minasına ən böyük zərər şirin qazlı içkilərdir.
Qaziler.az xəbər verir ki, bu fikirləri diyetoloq Yelena Solomatina səsləndirib. “LIFE.ru” ilə söhbətində o, bunun kalsium antaqonisti olan ortofosfor turşusunun yüksək olması ilə əlaqədar olduğunu vurğulayıb. Bundan əlavə, o vurğulayıb ki, şəkər zərər verir, patogen bakteriyaları qidalandırır.
“Çayın tərkibində isə müəyyən turşular, həmçinin daha az miqdarda antioksidant, katexin və eyni miqdarda tanin var ki, bu da bakteriyaların həyati fəaliyyətini bağlayır, onların çoxalmasının qarşısını alır”, - deyə diyetoloq bildirib.
QAZİLER.AZ