Qarğıdalı dadlı olması ilə yanaşı, sağlamlığa da faydalıdır. Xüsusilə ürəyi, böyrəkləri, qaraciyəri, sinir sistemini qoruyur, uzunömürlülük və canlılığı təmin edir.
Qaziler.az xarici mətbuata istinadən onun faydaları haqda məlumat verir.
Tədqiqatlar göstərir ki, qaynadılmış qarğıdalı vitamin və amin turşularının çoxunu saxlayır və bu dadlı yeməyi böyük sağlamlıq faydasına çevirir. Bəzi insanlar qaynadılmış qarğıdalının kökəldəcəyindən ehtiyat edir. Bu doğru deyil. Qarğıdalı taxılları arıqlama pəhrizlərində faydalıdır.
Bu "qızıl" taxıllardan faydalanmaq və bədəninizi yaxşılaşdırmaq üçün bəzi səbəblər bunlardır:
- 15 gün qaynadılmış qarğıdalı yeməkdən sonra ürəkbulanma, baş ağrıları, yorğunluq və yuxusuzluq yox olur.
- Termal emal olunmuş qarğıdalı qaraciyər hüceyrələrinin işini təşviq edir, bu da orqanizmin sağlamlığı üçün lazım olan çoxlu zülalların və hormonların ifraz olunması ilə nəticələnir.
- Bişmiş qarğıdalıdan orta miqdarda istehlak yağların parçalanmasını sürətləndirən molekulyar mexanizm sayəsində arıqlamağa səbəb ola bilər. Qarğıdalı arıqlamaq üçün yaxşı vasitədir.
- 25 gündən artıq qarğıdalı istehlakı kapilyar qan damar şəbəkəsinin ümumi uzunluğunun 7-8%-ə qədər artmasına səbəb ola bilər. Bu, orqanizmdə toksinlərin miqdarının azalmasına səbəb olur, qocalmanı ləngidir, bütün orqanları xəstəliklərdən qoruyur.
QAZİLER.AZ