Moruğun əsas faydalı xüsusiyyəti açıqlandı

Moruğun əsas faydalı xüsusiyyəti açıqlandı backend

Moruq son dərəcə zəngin və unikal tərkibə malikdir. Onun tərkibində B, E, C və PP vitaminləri, həmçinin dəmir, sink, maqnezium və kalium var.

Qaziler.az xəbər verir ki, bu sözləri qastroenteroloq Yevgeniy Belousov RİA “Novosti”yə bildirib.

O qeyd edib ki, bu giləmeyvə flavonoidlər, antosiyaninlər və salisilik turşu ilə də zəngindir.

“Moruq qan şəkərinin səviyyəsini tənzimləmək üçün istifadə edilə bilər ki, bu da xüsusilə diabetə meylli insanlara faydalıdır. Bu giləmeyvə antioksidanlar sayəsində qocalma prosesini yavaşlatmağa və dərinin gözəlliyini qorumağa kömək edir. Fakt budur ki, moruq kollagen istehsalını da stimullaşdırır”, - Belousov qeyd edib.

Ürək-damar sistemini qorumaq üçün moruq yemək tövsiyə olunur. Bu məhsul qan damarlarının elastikliyini yaxşılaşdırır və tromboza qarşı profilaktik xidmət göstərir. Bundan əlavə, giləmeyvə şişəleyhinə təsirə malikdir, - deyə həkim qeyd edib.

QAZİLER.AZ