Soyuq duş və gəzinti səhərlər gümrahlaşmağa kömək edir.
Psixoterapevt İrina Kraşkina deyir ki, bəzi sadə hərəkətlər səhəri qəhvəsiz gümrah olmağa kömək edə bilər.
Qaziler.az bildirir ki, həkim RİA Novosti ilə söhbətində bu içkiyə alternativ ola biləcək vərdişlərin adını çəkib.
O, gümrahlaşmağın ilk vasitəsi olaraq soyuq duş məsləhət görür. Həkim adi duşdan sonra 30-60 saniyə soyuq suyu açmağı təklif edir. "Bu, simpatik sinir sistemini aktivləşdirir, beyni oyadır və konsentrasiyanı artırır. Bəli, bu, xoşagələn deyil. Amma o, istənilən qəhvədən daha yaxşı işləyir", - Kraşkina qeyd edib.
Psixoterapevt həmçinin "4-7-8" tənəffüs texnikasından istifadə etməyi tövsiyə etdi: 4 saniyə nəfəs alın, 7 saniyə saxlayın, 8 nəfəsi buraxın. Məşq 4-5 dəfə təkrarlanmalıdır. Bu, kortizol səviyyəsini azaltmağa, sinir sistemini sakitləşdirməyə və konsentrə olmağa kömək edəcək, mütəxəssis izah etdi.
QAZİLER.AZ