Qanda şəkərin hansı göstəricisi diabet diaqnozudur?

Qanda şəkərin hansı göstəricisi diabet diaqnozudur? backend

Əgər səhər acqarına qanda şəkərin miqdarı 6,1 mmoll-dan, günün istənilən vaxtında isə 11,1 mmoll-dan artıq olarsa, belə şəxsə şəkərli diabet diaqnozu qoyulur. Bu gostəricilərə qarşı şubhə yaranarsa, dəqiqləşdirmək üçün qlükozaya tolerantlıq testi təyin edilir. Bu testi aparmaq üçün qlükoza məhlulu (75 qram qlükoza 250 ml su) hazırlanıb içilir və 2 saat sonra qanda şəkərin səviyyəsi ölçülür. 11,1 mmoll-dan artıq səviyyə şəkərli diabet diaqnozunu təsdiqləyir. Bu diaqnozu təsdiq etmək üçün şəkərin acqarına və yeməkdən sonrakı gostəricisi yuxarıda qeyd etdiyimiz qədər olmalıdır. Bu təyini muxtəlif gunlərdə etmək olar.

Qanda şəkərin hansı göstəricisi diabet diaqnozudur? Qlükozaya tolerantlığın pozulması nə deməkdir? Normal hədlə şəkərli diabet arasında orta bir vəziyyət var ki, onu qlükozaya tolerantlığın pozulması adlandırırlar. Bu zaman icilən qlükoza məhlulunun təsiri ilə 2 saat sonra qanda şəkərin səviyyəsi 7,8 mmoll-dən 11,1 mmoll-ə qədər olur. Belə gostəricinin olması gələcəkdə şəkərli diabet xəstəliyinin yarana biləcəyindən xəbər verir. (Qeyri-rəsmi adı diabetqabağı vəziyyətdir).

Qanda şəkərin yuksək və aşağı səviyyəsi

Qanda şəkərin yuksək gostəricilərinin olması şəkərli diabetin əsas əlamətlərindən biri sayılır. Bu zaman şəkərin səviyyəsini normal gostəricilərə qədər aşağı salmaq lazımdır. Xəstənin qanında şəkərin səviyyəsinin daima yuksək olması ilk novbədə insanda pis əhval-ruhiyyə yaradır və xəstəliyin ağırlaşmasına gətirib çıxarır. Xəstəlik nəzarətsiz qalarsa xəstənin böyrəyi, gözləri və ayaqları ziyan çəkər. Bundan başqa, beyinin, urəyin və ayaqların iri damarlarında aterosklerotik proseslər, yəni yığılmalar baş verə bilər.

Hiperqlikemiya nədir?

Şəkərli diabeti olan insanda şəkərin yuxarı həddi normadan da (11,1 mmol/ldən) yuxarı qalxa bilər. Bu hal hiperqlikemiya adlanır.

Hiperqlikemiya zamanı yaranan əlamətlər

Aşağıda qeyd olunan əlamətlər hiperqlikemiyanın, yəni qanda şəkərin səviyyəsinin yuksəlməsini gostərir:
Susuzluq
Sidik ifrazının tezləşməsi və sidik miqdarının artması (xüsusən gecə saatlarında)
Zəiflik, əzginlik
Dəridə yaranan yaraların,cızıqların gec sağalması

Çəkinin azalması

Dəridə və selikli qişalarda qaşınmaların əmələ gəlməsi. Yuxarıda sadalanan əlamətlərə həmişə bir yerdə rast gəlmək olmur. Şəkərli diabeti olan insan bu əlamətlərdən birini və ya ikisini qeyd edə bilər. Eyni zamanda dəridə irinli səpkilər kimi əlamətlər də ola bilər. Bəzən hiperqlikemiya əlamətləri xəstəliyin ancaq ilkin mərhələlərində narahatзılıq yaradır. Sonrakı dövrdə bədən bu əlamətlərə öyrəşir və narahatlıq olmur. Çox xəstələr, hətta şəkərin qanda səviyyəsi 15-16 mmoll olduqda da naraharlıqdan şikayətlənmir. Əlbəttə bu hal uzun muddət davam edərsə çox ciddi fəsadlar yarana bilər.

Diabetik koma. Aseton nədir?

Şəkərli diabetin ağırlaşma halları da var ki, bu heç də səbəbsiz yerə yaranmır. Bu hal ya qanda şəkərin səviyyəsini aşağı salan insulin və digər dərmanların istifadəsini dayandırdıqda, ya da ki, xəstədə diabetlə yanaşı sətəlcəm, apendisit, infarkt xəstəlikləri və s. olduğu zaman baş verir. Bu zaman qanda şəkərin səviyyəsi olduqca yuksəlir və orqanizmdə aseton deyilən maddə yaranır. Vəziyyət belə davam edərsə və mualicə aparılmazsa, xəstə huşunu itirər nəticədə diabetik komaya duşər. Koma insan həyatı üçün çox təhlukəlidir, lakin o heç vaxt qəfildən və gozlənilmədən yaranmır. Ona gorə də komanın qarşısını əvvəlcədən almaq mümkündür. Şəkərli diabeti olan insan oz vəziyyətinə diqqət etməli və düzgün nəzarət aparmalı, vaxtında lazımi tədbirlər görməlidir.

Hipoqlikemiya nədir?

Şəkərli diabeti olan insanda şəkərin aşağı həddi normadan da (3,3mmol/ldən) aşağı duşə bilər. Bu hal hipoqlikemiya adlanır. Bu vəziyyət şəkərsalıcı dərmanların qəbulu zamanı yarana bilər.

Hipoqlikemiya zamanı yaranan əlamətlər
Hiperqlikemiyadan fərqli olaraq hipoqlikemiya qəfildən və çox kəskin şəkildə başlayır.

Qanda şəkərin səviyyəsi azaldıqda aşağıdakı əlamətlər hiss olunur:
Birdən-birə yaranan zəiflik
Tərləmə
Əsmə
Narahatçılıq və diqqətin pozulması
Ürək döyüntülərinin tezləşməsi
Aclıq hissi

Qanda şəkərin səviyyəsinin yüksəlməsi zamanı olduğu kimi, burada da əlamətlərin hamısı özünü eyni vaxtda göstərmir. Bəzi insanlarda hipoqlikemiya zamanı bu əlamətlərdən başqa, xüsusi hisslər də yaranır. Misal üçün, keyləşmə, burunun ucunda, ağızda və üst dodaqlarda arabir sancma ola bilər. Adətən xəstələr bu hissləri tez başa düşürlər və dərhal şəkəri qanda ölçüb tədbir gorməyə çalışırlar. Hipoqlikemiyası olan xəstənin rəngi kəskin şəkildə ağara bilər, əhval ruhiyyəsində dəyişkənliklər, birdən-birə yaranan əsəbilik, gərginlik, qəmginlik muşahidə olunar. Hətta insan durduğu yerdə aqressiv olub, başqasına qarşı kobudluq da edə bilər. Bəzən hipoqlikemiya təsadüfən, qanda şəkərin səviyyəsini təyin edən zaman aşkarlanır. Çox vaxt xəstələr şəkərin səviyyəsinin qanda artmasını və azlmasını özlərinin yaxşı hiss edə bildiklərini deyirlər. Amma bu aldadıcı hissdir. Çünki qanda şəkər yüksəldiyi və aşağı düşdüyü zaman yaranan hisslər muxtəlif olur.

Hipoqlikemik koma

Əgər qanda şəkərin səviyyəsi çox aşağı göstəricilərə qədər düşərsə, bu mərkəzi sinir sisteminə çox pis təsir edər. İnsan öz hərəkətlərində durğunluq hiss edər və huşunu da itirə bilər. Hipoqlikemiya zamanı adamın huşunu tamam itirməsi, və həyatı vacib orqanların fəaliyyəti (yəni ürəyin fəaliyyəti və tənəffüs) pozulması hipoqlikemik koma adlanır. Hipoqlikemik koma həyat üçün çox təhlükəlidir və o azacıq hiss edilərsə təcili tədbir görülməlidir.
Diaspora