Yuxusuzluğu olan insanlara insult riski barədə xəbərdarlıq edilib

Yuxusuzluğu olan insanlara insult riski barədə xəbərdarlıq edilib backend

Kardioloq Mariya Çaykovskaya yuxusuzluqdan əziyyət çəkən insanların ürək xəstəliyinə tutulma riskinin artdığını bildirib.

Qaziler.az bildirir ki, o, bu barədə öz Telegram kanalında yazıb.

Çaykovskayanın sözlərinə görə, alimlər sübut ediblər ki, xroniki yuxusuzluq ürək-damar xəstəliklərinin inkişaf riskini 13 faiz artırır. Eyni zamanda, insult ehtimalının yüzdə 51 faiz artdığı haqda xəbərdarlıq edir.

Bundan əlavə, yuxusuzluq gecə qan təzyiqinin normal azalmasına mane olur, bu da ürək və qan damarlarını həddindən artıq yükləyir. Bu xüsusilə hipertaniyalı insanlara aiddir. Sonda Çaykovskaya əlavə edib ki, sadalanan risklər yaş, cins, çəki, siqaret və diabet kimi digər amillərdən asılı deyil.

QAZİLER.AZ