Malayziyada 28 yaşlı qadın hamiləlik zamanı sürətlə qocalıb

Malayziyada 28 yaşlı qadın hamiləlik zamanı sürətlə qocalıb backend

Malayziyalı bir qadın, üzünün dərin qırışlar, sızanaqlar və aknelərlə örtüldüyünü, ona yaşlı qadın görkəmi verən hamiləlik dövrünün fotolarını sosial şəbəkədə paylaşıb.

Qaziler.az bildirir ki, bu barədə “Oddity Central” məlumat yayıb.

28 yaşlı Farah Fayzal bu yaxınlarda ciddi şəkildə deformasiyaya uğramış üzünün fotosunu yayımlayıb. Fotoda onun dərisində kobub akne və qırışların olduğu, burnu və qulaqlarının böyüdüyü, izah edilməyəcək tərzdə dəyişikliyə məruz qalan simasında heç bir dəriyə qulluq məhsullarına cavab verməyən simptomlar müşahidə olunub.

"Hər səhər yeni sızanaqlarla oyanırdım, dərim qaşınır, yanır və iltihablanırdı. Güzgüdə özümü tanıya bilmirdim", - deyə Fayzal paylaşıb.

Yenicə doğum edən Fayzal bu dövrü çox travmatik bir dövr kimi təsvir edib. Bununla belə, o qeyd edib ki, ərinin dəstəyi onun psixi sağlamlığını qoruyub saxlamağa çox kömək edib.

"Ərim mənim evimdir. O, mənim qorxularımı sakitləşdirir, həmişə mənə nə qədər gözəl, güclü və sevgiyə layiq olduğumu xatırladır", - malayziyalı ana yazıb.

Xoşbəxtlikdən, doğuşdan sonra onun vəziyyəti xeyli yaxşılaşıb. İltihab demək olar ki, yox olub, dəri tədricən əvvəlki görünüşünə qayıdıb. Bununla belə, bərpa prosesi hələ də davam edir.

QAZİLER.AZ