Hansı qabda yemək bişirmək təhlükəlidir?

Hansı qabda yemək bişirmək təhlükəlidir? backend

Zədələnmiş halda olan yapışmayan təbəqəli qablardan peçin üzərində və sobada istifadə etmək təhlükəlidir. Çünki teflon və digər örtük növləri qızdırıldıqda zəhərli birləşmələr buraxa bilər.

Qaziler.az bu barədə “LIFE.ru”ya istinadla yazır.

Bildirilir ki, aşağı keyfiyyətli metal qablar da risklər daşıyır. Bülə ki, həmin qablar yüksək temperaturda qızdırıldıqda ağır metallar qidaya daxil ola bilər.

Qeyd olunub ki, bəzi plastik qablar da istilik müdaxiləsinə uyğun deyil. Həmçinin qızdırıldıqda parçalanan və formaldehid buraxan melamin qablardan da ehtiyatlı olmalısınız.

Keramikadakı çatlar və ya emaldakı cızıqlar da həyəcanverici bir əlamətdir. Çünki açıq metalın və ya materialın məsaməli hissəsinin yüksək temperaturda qida ilə reaksiyaya girməsi mümkündür. Bununla yanaşı, pas əlamətləri olan çuqun qablarda yemək bişirməkdən dərhal imtina etməlisiniz.

QAZİLER.AZ