Vaxtından əvvəl yetişən qarpız və qovunların tərkibində həddindən artıq nitrat ola bilər ki, bu da üç yaşınadək uşaqlar üçün xüsusilə təhlükəlidir.
Qaziler.az bildirir ki, bunu bioloq Vitali Napolov “NEWS.ru”ya bildirib. Bioloqun fikrincə, bu cür meyvələr böyüklərə zərər vermir, lakin uşaqlara az miqdarda vermək daha məsləhətlidir.
“Vaxtından əvvəl yetişən qarpız və bostan bitkilərini yetişdirərkən azot gübrələrindən istifadə olunur ki, bitki bunu nitrat şəklində udur. Bütün məhsullar pərakəndə satış şəbəkələrinə girməzdən əvvəl nəzarətdən keçir. Tez yetişdirilən qarpız və qovunlarda nitratların icazə verilən maksimum miqdarı olur. Belə qarpızları və ya qovunları çox miqdarda yemək mədə pozğunluğuna, ehtimal ki, allergik reaksiyaya, qızdırmaya səbəb ola bilər. Odur ki, bu meyvələr üç yaşından kiçik uşaqlar üçün məhdudlaşdırılmalıdır. Yetkin insanın bədənində nitratları parçalayan fermentlər var, lakin uşaqlarda bu fermentlər ya istehsal olunmur, ya da qeyri-kafi miqdarda istehsal olunur”, - Napolov izah edib.
O qeyd edib ki, qarpız və ya bostanda nitratların yüksək olub-olmadığını yalnız xüsusi təchiz olunmuş laboratoriyada müəyyən etmək olar. Onun sözlərinə görə, bunu nə dad, nə də görünüşlə meəyyən etmək mümkün deyil. Bioloq vaxtın əvvəl yetişdirilən qarpız və qovunları dəqiq nitrat testindən keçən rəsmi pərakəndə satış məntəqələrindən almağı məsləhət görüb.
“Bu meyvələrin yetişməsini mövsümünə qədər gözləyin ki, azot gübrələrindən minimum istifadə olunan, açıq yerdə yetişdirilən qarpız və qovunlar ala biləsiniz. Bu zaman onların tərkibindəki nitratlar minimal olacaq, - Napolov fikirlərini yekunlaşdırıb.
QAZİLER.AZ