Şokoladda olan təbii teobromin birləşməsi "yaxşı" xolesterinin (yüksək sıxlıqlı lipoprotein) səviyyəsini artıra bilər.
Qaziler.az bildirir ki, bu barədə “EatingWell” İran alimlərinə istinadən yazıb.
Onlar şokoladın metabolik sindromlu insanlara təsirini təhlil ediblər.
Tədqiqat metabolik pozğunluqları olan artıq çəkili 72 yetişkin arasında aparılıb. 12 həftə ərzində iştirakçılar teobromin əlavələri alıblar. Nəticədə, onlar yüksək sıxlıqlı lipoproteinlərin səviyyələrində mülayim bir artım yaşayıblar, lakin aydın terapevtik effekt əldə etmək hələ də əhəmiyyətsiz olub.
Qeyd olunub ki, kakao ənənəvi olaraq ürək sağlamlığına faysadı ilə əlaqələndirilir, çünki tərkibində polifenollar və flavanollar kimi antioksidanlar var. Bu maddələr qan şəkərini, "pis" xolesterolu və qan təzyiqini azalda bilər.
QAZİLER.AZ