Günəşə qarşı allergiyanı necə bilmək olar?

Günəşə qarşı allergiyanı necə bilmək olar? backend

“Günəşə qarşı allergiyanı çöldə olduqdan sonra bir neçə saat ərzində qaşınma və səpgilərin görünüşü ilə müəyyən etmək olar”.

Qaziler.az-ın məlumatına görə, bunu həkim Olqa Çirkova “NEWS.ru”ya açıqlamasında deyib. Onun sözlərinə görə, dəri reaksiyaları daha çox üz, qol və çiyinlərdə olur.

“Günəşə qarşı allergiya dərinin tez qızarması və qaşınmağa başlaması ilə özünü bəzən kiçik qabarcıqlar və ya səpgilər şəklində ən çox üzdə, qollarda və çiyinlərdə göstərir. Bu əlamətlər günəşdə qaldıqdan dərhal və ya bir neçə saat sonra baş verə bilər. Bu halda siz insolyasiyadan (Günəşin aktiv vaxtlarında) çəkinməlisiniz, - Çirkova bildirib.

O, belə allergiyası olan insanlara səhər saat 11-ə qədər çimərlikdə qalmağı və 16 saatdan sonra yenidən gəlməyi tövsiyə edib. Bundan əlavə, həkimin dediyinə görə, yüksək SPF-li günəş kremindən istifadə etməli və hər iki saatdan bir kremi yeniləməlisiniz.

“Qızartı və ya qaşınma olsa, dərhal kölgəyə girməlisiniz, sərin su ilə yuyunun və günəş vannası qəbul etdikdən sonra nəmləndirici və ya xüsusi gel tətbiq edin. Qalan vaxtlarda dərini örtən, günəşdən qoruyan yüngül paltarlar geyinmək lazımdır”, - Çirkova məsləhətlərinə əlavə edib.

QAZİLER.AZ