Hamilə qadınlar hisə verilmiş məhsulları və kolbasaları qida rasionundan xaric etməlidirlər.
Qaziler.az xəbər verir ki, bu məsləhəti diyetoloq Aleksey Kabanov “NEWS.ru”ya bildirib. Onun sözlərinə görə, bu məhsulların tərkibində çoxlu miqdarda doymuş yağlar var ki, bu da orqanizmin ümumi vəziyyətini pisləşdirə bilər.
“Hamiləlik dövründə xəstənin vəziyyətini izləyən həkimin tövsiyələrini ciddi şəkildə yerinə yetirmək lazımdır. Normal vəziyyətdə tövsiyə edilməyən qidalar hamiləlik dönəmində, xüsusən də müntəzəm istifadəsi ilə qəti şəkildə qadağandır. Hisə verilmiş məhsullar, kolbasa və sosiskaların tərkibində çoxlu miqdarda doymuş yağlar və orqanizmin vəziyyətinə mənfi təsir göstərən digər zərərli maddələr var”, - Kabanov bildirib.
O, vurğulayıb ki, şirin qazlı içkilər də tövsiyə edilmir, çünki tərkibində çoxlu miqdarda şəkər olur. Bundan əlavə, diyetoloq qazlı içkilərin köp və mədə yanmasına səbəb ola biləcəyini qeyd edib.
“Qəhvənin tərkibində olan kofein ürək ritmlərinin artmasına, qan təzyiqinin yüksəlməsinə və digər arzuolunmaz təsirlərə səbəb ola bilər. Hamilə qadınlar qəhvə içməkdən çəkinməlidirlər, çünki bu, ürək-damar sistemində əlavə stress yarada bilər”, - Kabanov qeyd edib.
Diyetoloq hər bir hamiləliyin özünəməxsus olduğunu və həkimin tövsiyələrinin qadının sağlamlığından asılı olaraq dəyişə biləcəyini vurğulayıb.
QAZİLER.AZ