İsti havada pivə içmək insult və infarkt təhlükəsi yaradır

İsti havada pivə içmək insult və infarkt təhlükəsi yaradır backend

“İsti havalarda pivə içmək susuzluğa səbəb olur və qan özlülüyünü artırır ki, bu da ürək-damar sistemində yüklənməyə, insult və infarktlara səbəb olur”.

Qaziler.az xəbər verir ki, bu fikirləri Samara Regional Tibbi Profilaktika Mərkəzinin baş həkimi Aleksandr Muravets “63.ru”ya səsləndirib. Onun sözlərinə görə, insanın vəziyyətini artıq çəki, hipertoniya və ya şəkərli diabet daha da ağırlaşdırır.

“Pivə çox güclü susuzlaşdırıcı təsirə malikdir, buna görə də istidə spirtli içkilər içdikdə qanın özlülüyü kəskin şəkildə artır, ürək-damar sisteminə yüklənmə olur, həm ürək və damarların xroniki xəstəliklərinin kəskinləşməsi, həm də kəskin damar problemləri, insult və infarkt riski əhəmiyyətli dərəcədə artır”, - Muravets deyib.

Həkim başgicəllənmə, ürəkbulanma və ağız quruluğunu belə halların əlaməti adlandırıb. O, ikinci əlamətə xüsusi diqqət yetirməyə çağırıb, çünki ürəkbulanma yemək və içmək istəyinin itməsinə səbəb olur ki, bu da isti havalarda xüsusilə təhlükəlidir. Həkim susuzluğun olmamasına baxmayaraq, zorla bir neçə qurtum su içməyi məsləhət görüb.

QAZİLER.AZ