Smartfonlar 13 yaşdan kiçik qızların psixikası üçün təhlükəlidir - Araşdırma

Smartfonlar 13 yaşdan kiçik qızların psixikası üçün təhlükəlidir - Araşdırma backend

“Journal of Human Development and Capabilities” elmi jurnalında dərc edilən yeni araşdırma 13 yaşından əvvəl smartfonlardan istifadə etməyə başlayan uşaqların psixi sağlamlığı üçün ciddi risklər aşkar edib.Nəticələr o qədər qorxulu olub ki, tədqiqatın müəllifləri yetkinlik yaşına çatmayanların qadcetlərə və sosial şəbəkələrə girişinə qlobal məhdudiyyətlərin tətbiqinə çağırıblar.

Qaziler.az bildirir ki, bu barədə CNN məlumat yayıb.

163 ölkədə iki milyona yaxın insan arasında aparılan sorğu zamanı əldə edilən məlumatlara görə, smartfonlardan erkən istifadə intihar düşüncələrinin yaranması, emosional tənzimləmənin pisləşməsi, özünəinamın aşağı olması və reallıqdan uzaqlaşma ilə birbaşa bağlıdır. Bu simptomlar xüsusilə qızlarda özünü göstərir. Tədqiqadan çıxan dəqiq nəticəyə əsasən, uşaq nə qədər tez smartfona giriş əldə etsə, gələcəkdə onun psixi rifahı bir o qədər aşağı olacaq.

Tədqiqatın aparıcı müəllifi, “Sapien Labs” qeyri-kommersiya təşkilatının təsisçisi Tara Tiaqaracan izah edir ki, problem cihazların özündə deyil, onlardan istifadənin nəticələrindədir. Erkən yaşda qadcet alan uşaqlarda yuxu pozğunluğu, kiber zorakılıq, ailə münasibətlərinin pisləşməsi və sosial şəbəkələr dünyasına daha tez qərq olma ehtimalı daha yüksəkdir.

Alimlərin araşdırmasını digər ekspertlər də təsdiqləyib. Sosial psixoloq Conatan Haydt də “Narahat nəsl” kitabında sosial şəbəkələrə 16 yaşdan tez daxil olmağa icazə verməməyi tövsiyə edib. O, yeni tədqiqatın müəllifləri kimi, yetkinlik dövründə qadcetlərdən istifadə ilə həyatdan məmnunluğun sonrakı azalması arasında əlaqəyə işarə edib.

Mütəxəssislər qeyd edirlər ki, valideynlər çaxnaşma etməməli, amma hərəkətə keçməlidirlər. Əgər uşaq hələ də smartfondan istifadə etmirsə, dostlarının valideynləri ilə 8-ci sinfə qədər qadcet almaqdan kollektiv imtina barədə razılaşmaq tövsiyə olunur. Bu məqsədlə ABŞ-da artıq “8-ci sinfə qədər gözlə” (Wait Until 8th) kimi xüsusi təşəbbüslər mövcuddur.

Əgər artıq smartfonu varsa, psixoloqlar qaydaları dəyişdirməkdən qorxmamağı məsləhət görürlər. Siz valideyn nəzarəti funksiyalarından istifadə edə, müəyyən proqramları silə və ya hətta smartfonu düyməli telefonla əvəz edə bilərsiniz. Mütəxəssislər uşaqla açıq dialoqun vacibliyini xüsusi vurğulayıblar.

QAZİLER.AZ